Noyabrın 30-da "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları həyata keçirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX )məxsus Mi-17 helikopterində xəsarət alan hərbçilər evə buraxılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, yaralı hərbçilər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Dövlət Sərhəd Xidmətinin hospitalından ambulator müalicəyə buraxılıb. Hazırda yaralıların vəziyyəti yaxşıdır, hər iki hərbçi müalicələrini ev şəraitində davam etdirirlər.
TEZADLAR.AZ