Eks prezident Mixeil Saakaşvili, ölkə prezdenti Salome Zurabişvilinin çağırışına cavab verib.
"Təzadlar" 24News.ge-yə istinadla xəbər verir ki, Saakaşvili ölkənin dördüncü prezidenti Qiorqi Marqvelaşvili ilə Zurabişvilini Qori Hospitalına görüşə dəvət edib. O, bildirib ki, ölkədə sülhün təminatı danışıqlardan keçir: "Mən sizin çıxışınızı diqqətlə dinləmişəm və təkcə üçüncü prezident kimi deyil, həm də bu ölkənin gələcəyini düşünən vətənpərvər kimi bu məsələ ilə bağlı mövqeyimi bildirmək istəyirəm. Məncə, hazırda ən yaxşı format Cənubi Afrika formatı və modeldir. Hamımız dəyirmi masa arxasında əyləşib vətənimizin keçmişi və ən əsası Avro-Atlantik demokratik gələcəyi haqqında birlikdə danışmalıyıq və xalqımızın ləyaqətli və təhlükəsiz həyat şəraitini müzakirə etməliyik. Ölkəmizin dördüncü prezidenti Qiorqi Marqvelaşvilinin üç prezidentin görüşü ilə bağlı səsləndirdiyi təklifi xatırlamaya bilmirəm. Düşünürəm ki, bu ideya düzgün işlənib hazırlansa, yaxşı olardı və mən Gürcüstanın dördüncü prezidenti Giorgi Marqvelaşvilini bunun üçün ən önəmli fiqur hesab edirəm. Qeyri-qanuni məhbus kimi bu görüş əsasında azad olunacağımla bağlı heç bir fikirim yoxdur. Ona görə də təklif edirik ki, ilk belə görüş hazırda məhbus olduğum Qori Hərbi Hospitalında keçirilsin və mən sizdən əfv istəmirəm və bu görüşdə bunu istəməyəcəm. Mən inanıram ki, bu cür dialoqun alternativi yoxdur. Azlığın çoxluğu sıxışdırmaq cəhdi, bu azlıq nə qədər milyardlarla, cəza dəstələri ilə təchiz olunsa da, böyük vətəndaş qarşıdurması təhlükəsi yaradır və ola bilsin, buna yönəlib. Ölkəmiz üçün fəlakətli olan bu ən pis nəticə bütün gürcü vətənpərvərləri üçün fəlakət, yeganə düşmənimiz Rusiya üçün isə vətənimizin gələcəyi üçün arzu olunan yeganə işdir. Gürcüstanın sülhə, inkişafa və tam bərpaya ehtiyacı var. Vaxt çox qısadır və bir dəqiqə belə itirmək olmaz. Ona görə də mən Gürcüstan cəmiyyətindən, siyasi qüvvələrdən, qeyri-hökumət sektorundan, mediadan, beynəlxalq ictimaiyyətdən xahiş edirəm ki, barışıq prosesini və mənim təklif etdiyim formatı dəstəkləsinlər”, - deyə Mixeil Saakaşvili qeyd edib.
A.Məmmədli