Xəbər verildiyi kimi, Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş keçirilib.
"Təzadlar" "Ria Novosti"yə istinadla xəbər verir ki, görüş Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı nahar əsnasında baş tutmuş üçtərəfli görüşdən sonra olub.
Qeyd edək ki, bu, 44 günlük Vətən müharibəsindən sonra iki ölkə rəhbərləri arasında ilk təkbətək görüşdür.
Bəli, məhz həmin 44 günlük Zəfər müharibəmizdən sonra Ermənistan Azərbaycan rəhbərliyi ilə masa arxasında oturmağa məcbur oldu. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın cinayətkar siyasi-hərbi rəhbərliyi hər dəfə sülh danışıqlarından minbir bəhanə ilə qaçırdı... İndi qaçmağa yol yoxdur, çünki qarşıda Azərbaycanın Dəmir yumruğu onları gözləyir...
A.Məmmədli