Dünən Gürcüstan Prezidenti xanım Salomenin bütün siyasi partiyalara müraciət edərək onları barışığa səsləməsi ölkədə diqqətlə qarşılanıb...

"Prezident Zurabişvilinin çıxışını izlədim və ilk dəfə hakimiyyət nümayəndəsi tərəfindən vəziyyətin çox düzgün və obyektiv qiymətləndirilməsinin şahidi oldum". "Təzadlar" bildirir ki, hətta Saakaşvili bu çağırışdan məmnun olaraq belə deyib. Mixeil Saakaşvili, prezident Salome Zurabişvilinin dünənki çıxışını şərh edərkən bildirib ki, "Zurabişvili qeyd etdi ki, iqtisadi partlayışımız və uğurlarımız yoxdur, bunun əvəzində ölkədə ağır sosial-iqtisadi və siyasi böhran mövcuddur, Gürcüstanı əhali kütləvi şəkildə tərk edir. Ölkəmiz və ictimaiyyətimiz önə doğru gedə bilmir. Bunu deməyə həqiqətən də böyük cəsarət lazımdır və bu gün Salome Zurabişvili bu cəsarəti göstərmiş oldu. Baxmayaraq ki, ölkənin azad edilməsini dinc və xalq etirazında görürəm, ancaq buna paralel olaraq həbsxana otağımdan Zurabişvilinin dialoq təklifini də alqışlayıram".

həmçinin qeyd edib ki, ölkədəki böhran sona çatanadək bir dəqiqə belə mübarizəni dayandırmaq niyyətində deyil. Onun sözlərinə görə, Gürcüstanda mütləq azad seçkilər keçirləcək, nepotizm və korrupsiya sona çatacaq, Gürcüstanı vətəndaşları tərk etməyəcək, qürur duyulan bir ölkəyə çeviriləcək.

Təki elə olsun, bölgədə sabitlik olsun!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN