Ermənistanın siyasi rəhbərliyi keçmiş prezidentlərin səhvlərindən nəticə çıxarmaqda və təkrarlamamaqda israrlıdır...
Paşinyanın son vaxtlar açıqlamaları da bunu təsdiqləyir. Belə ki, “Azərbaycanla razılaşmanı qiymətləndirməmək mümkün deyil. Bu, mühüm razılıqdır və ümid edirəm ki, biz onu dəqiqliklə gerçəkləşdirəcəyik. Bu, bölgədə iqtisadi, siyasi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək vacib layihədir”, - deyən Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolu layihəsindən danışarkən əlavə olaraq deyib ki, yaxın gələcəkdə diqqəti bu məsələnin həllinə yönəltmək lazımdır. Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə həmçinin ikitərəfli gündəlikdəki məsələlər üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunduğunu da vurğulayıb. Nikol Paşinyan deyib ki, Türkiyə ilə sərhədlər və kommunikasiyaların açılması razılığı əldə olunduğu təqdirdə Gümrü-Qars dəmir yolunun işə salınması da mümkündür.
Bəli, Ermənistanda gecikmiş olsa da, nəhayət, Azərbaycanın bölgədə yaratdığı və indi diqtə etdiyi reallıqla barışma tendensiyası davab etməkdədir...
A.Məmmədli