Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ipək xalça üzərində Dəmir yumruqlu möhtəşəm və əzəmətli foto-şəkli  toxunub...

 Bu barədə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzindən "Təzadlar"a göndərilən bilgidə deyilir. Təxminən 1 il ərzində əl ilə toxunub ərsəyə gələn ipək xalçanın özəlliyi ondadır ki, dizayna uyğun olaraq xalçanın üzərində işğaldan azad edilmiş Qarabağın tarixi izləri, eləcə də Azərbaycanın görkəmli şəxslərinin, o cümlədən Pənah Xandan yadigar Şuşa qalası, Natəvanın büstü, Pənah Xanın Ağdamdakı İmarət kompleksi, Vaqifin Məqbərəsi, Üzeyir bəyin və  Bülbülün büstü xüsusi ornamentlərlə təsvir edilib. Xalça Ali Baş Komandan İlham Əliyevin dekabrın 24-də tamamlanan 60 illik yubileyi şərəfinə toxunub. DAMM və İNK-nin sədri Rasim Məmmədovun ölkə ictimaiyyətinə müraciət mətnindən məlum olur ki, Prezidentin 60 illik yubileyi şərəfinə hazırlanmış ipək xalçanın təqdimat mərasimi 24 dekabr 2021 ci il tarixdə "Azərbaycan" Nəşriyyatının 8 mərtəbəsindəki akt zalında, saat 10-00-da keciriləcək. "Mərasimdə şəhid və Milli Qəhrəman ailələri, qazilər və Azərbaycanın tanınmış ziyalıları iştirak edəcək. Tədbir Fəxri Xiyabanın (saat 12-00-da) və Şəhidlər Xiyabanının ziyarəti ilə başa çatacaq. Sonda Prezident, Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi şərəfinə toxunmuş ipək xalça Şəhid anaları və Qəhrəman qazilərin iştirakı ilə Prezident Administrasiyasına təqdim olunacaq", -deyə məlumatda bildirilir.

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN