"Səmimi deyəcəm, Mixeil Saakaşvilidən məktublar alıram - onun haqqında Gürcüstan rəhbərliyi ilə danışmışam".
"Təzadlar" "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib. Onun sözlərinə görə, Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökuməti ilə danışıqlarda şəxsən iştirak edir: "Səmimi deyəcəm, Saakaşvilidən məktublar alıram. O isə məndən məlumatlar alır. Mən Gürcüstan hakimiyyəti ilə cənab Saakaşvili haqqında danışdım. Həyat yoldaşı və anası onu görmək üçün mənə müraciət etdilər, mən də zəng vurub xahiş etdim. İndiyədək bizim müraciətlərimizə rədd cavabı verməyiblər. Ancaq həkimlərimizin bu prosesə cəlb olunmasını istəyirəm ki, bununla bağlı hələ də gecikmə var”, - deyə V. Zelenski bildirib.
Göründüyü kimi, Zelenski də Saakaşvilinin azadlığını istəyənlərə rəğbətlidir...
A.Məmmədli