...Azərbaycan ordusu getdikcə güclənir, daha da peşəkarlaşır...
Elə bu gün Hadrutda hərbi hissənin açılışında "Hadrutdakı bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir", -deyən prezident İlham Əliyev dekabrın 24-də Hadrutda olarkən əlavə olaraq bunları deyib: "Komando briqadalarının istənilən hərbi vəzifəni icra etməyə qadir olacağını vurğulayan dövlətimizin başçısı deyib: “Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bax bu briqadalarda xidmət edəcək. Bu, bizim ordu gücümüzü böyük dərəcədə artıracaq”.
Prezident qeyd edib ki, belə briqadalar çox olacaq və beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.
Bəli, Qarabağda müvəqqəti məskunlaşmış ermənilər ordumuzun gücünü duymalı, hiss etməli və qəbul etməlidir...
A.Məmmədli