"Mixeil Saakaşvilinin Rustavi həbsxanasına köçürülməsi Vladimir Putinə Yeni il hədiyyəsidir".

"Təzadlar" Gürcüstan mediasına istinadla bildirir ki, bu sözləri "VMH" üzvü Levan Xabeişvili deyib. Onun sözlərinə görə, bu addım Rusiyanın xüsusi xidmət orqanlarının sifarişidir: “Bu, Bidzina İvanişvilinin Rusiya xüsusi xidmət orqanları ilə birgə qərarıdır, onlar Putinə Yeni ildə hədiyyəsi ediblər. İnsan sağlamlığını nəzərə almayan bu adamlar qatildirlər”, - deyə Xabeişvili bildirib. Mövcud məlumata görə, Mixeil Saakaşvili ötən gecə Qori Hərbi Hospitalından Rustavi 12-ci Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Qeyd edək ki, Penitensiar Xidmət hələlik bununla bağlı açıqlama verməyib. Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar və dövlət rəsmiləri isə Saakaşvilinin dərhal azad edilməsini istəyirlər...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN