Rusiyanın Ukraynadakı diplomatik missiyasının əməkdaşları bu ölkəni tərk edir.

Bu barədə “RİA Novosti” agentliyi öz informasiya mənbələrinə istinadən məlumat yayıb. Qeyd edilib ki, Ukrayna vətəndaşları bu ölkədəki rus diplomatları və konsulluq əməkdaşlarının Rusiyaya getməyə başladığını bildiriblər. Bununla əlaqədar Rusiya səfirliyi və konsulluğuna qəbula yazılmaqda da çətinliklər yaranıb. Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov britaniyalı həmkarı Elizabet Traasla görüşdən sonra keçirilən mətbuat konfransında rəsmi Moskvanın Ukraynadakı diplomatik missiyasının əsas deyil, texniki heyətinin müvəqqəti evakuasiyası barədə qərar qəbul edə biləcəyini söyləmişdi. Bundan əvvəl Rusiyanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən “RİA Novosti”-yə səfirliyin adi rejimdə işlədiyi bildirilmişdi.Dünya mətbuatı isə Rusiyanın hər an Ukraynaya hücum edəcəyi təhlükəsi barədə Həyəcanla yazır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN