Qəzza zolağında atəşkəs bu gün - yanvarın 19-da Bakı vaxtı ilə saat 13:15-də azad ediləcək girovların siyahısını aldıqdan sonra qüvvəyə minib.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

"Girovların azad edilməsi ilə bağlı razılaşmaya əsasən, Qəzza zolağında birinci mərhələdə atəşkəs qüvvəyə minir", - İsrail baş nazirinin ofisi bildirib.

İsrail hakimiyyəti təsdiqləyib ki, onlar HƏMAS-dan sazişin birinci mərhələsi çərçivəsində yanvarın 19-da azad ediləcək girovların adlarının siyahısını alıblar.

Yanvarın 19-da müqavilə çərçivəsində İsrailə təhvil veriləcək üç israilli girovun siyahısı dərc edilib. Üç qadın azadlığa çıxacaq: Romy Gonen (24 yaş), Emilie Damari (28 yaş) və Doron Stanber Khair (31 yaş).

Yanvarın 15-i axşam saatlarında Əl-Cəzirə telekanalı bildirib ki, HƏMAS Qətər və Misirə Qəzza zolağında atəşkəs və əsirlərin mübadiləsinə dair razılaşmanın bağlanmasına razılıq verib. Daha sonra ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qeyd edib ki, HƏMAS və İsrail Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə bağlı razılığa gələ bilib.

Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani sazişin yanvarın 19-da qüvvəyə minəcəyini bildirib. Birinci mərhələ çərçivəsində mülki və hərbçi qadınların da olduğu 33 israilli girov azad ediləcək. Bunun müqabilində müqavilənin şərtlərinə əsasən, fələstinli məhbuslar İsrail həbsxanalarından azad olunacaqlar.

Yanvarın 17-də İsrailin hərbi-siyasi kabineti HƏMAS ilə atəşkəs və girovların azad edilməsinə dair razılaşmanı təsdiqləyib.

Yanvarın 19-da səhər saatlarında İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərindən hərbi texnikanı çıxarmağa başlayıb.

İsrail baş nazirinin ofisi bildirib ki, İsrail tərəfi HƏMAS-dan azad ediləcək girovların siyahısını alana qədər Qəzza zolağında atəşkəs olmayacaq. HƏMAS nümayəndələri Qəzza zolağında mübadilə üçün saxlanılan girovların siyahısının İsrailə verilməsinin gecikdirilməsini texniki səbəblərlə əlaqələndiriblər.

Daha sonra yanvarın 19-da İsrail hakimiyyəti HƏMAS-dan yanvarın 19-da azad ediləcək girovların adlarının siyahısını aldığını təsdiqləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN