“Mercedes” markalı avtomobilin Obvodnı kanalına düşməsi nəticəsində 37 yaşlı Sankt-Peterburq sakini və onun 14 yaşlı qızı ölüb.

Tezadlar.az xəbər verir ki, Regional Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb.

“Qəza nəticəsində avtomobildən çıxarılan 14 yaşlı qızın 37 yaşlı anası ağır vəziyyətdə xəstəxanaya aparılıb, o da orada ölüb”, - deyə polis bildirib.

Faktla bağlı ehtiyatsızlıqdan 2 nəfərin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb. Faciənin baş vermə şəraiti və səbəbləri aydınlaşdırılır.

Bundan əvvəl, yanvarın 18-i günorta saatlarında idarə olunmayan yol ayrıcında “Skoda” markalı avtomobil ana və 14 yaşlı qızının getdiyi, sürücüsü yolda hərəkətə üstünlük verməyən “Mercedes”ə çırpılıb.  Toqquşmadan sonra “Mercedes” fırlanıb, bundan sonra xarici avtomobil Obvodnı kanalına doğru sürətlə hərəkət edərək suya düşüb. İçərisində qadın və onun yeniyetmə qızının olduğu avtomobil batıb.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN