Rusiya ilə Ukraynanın arasındakı bəlli vəziyyət dünyanın diqqətindədir... Faktdır ki, Rusiya Ukrayna ərazisini ələ keçirib, işğal edib və s. Qərb və ABŞ-ın ağsaqqallığı da bu vəziyyətə ortaq məxrəc tapa bilmir... Tanınmış QHT rəhbəri Sahib Məmmədov bu barədə maraqlı status paylaşıb:
-Ukraynanın BMT və dünya ölkələri tərəfindən tanınan ərazilərinin ən azı 44 000 kv. kilometr sahəsi işğal altındadır. Bu Ermənistanın ərazisindən 15 000, Moldovanın ərazisindən 11 000 kv.km, Azərbaycan ərazisinin 50%-dən bir qədər çox ərazi deməkdir. Bu ərazilər işğal olunanda ABŞ və Qərb kifayət qədər tolerantliq göstərdi. Aldadıb oyuna saldıqları Ukrayna dövlətini və xalqını yalqız buraxdı. İndi isə Avropanın ən böyük dövlətlərindən birini xırda pul kimi xərcləmək istəyirlər. Rusiyanın təsirindən azad olmaq istəyən bir xalq ABŞ və Avropanın naşı liderlərinin hikkəsinin qurbanına çevriliblər. Qonşu Gürcüstan da oxşar vəziyyətdədir. Rusiya ilə düşmən münasibətdə, Qərb isə yalnız lazım olandan olana istifadə etdiyi ölkələr... Mən ölkəmin belə vəziyyətə düşməsini istəmirəm. Rusiya da Qərb dövlətləri də ABŞ-da müttəfiqliyə qətiyyən yaramayan dövlətlərdir. Sadəcə bu nəhənglərin ambisiya və hikkələri arasında məharətlə manevr etməyən dövlətləri oxşar aqibətlər gözləyir. Biz müstəqilliyimizin başlanğıcında oxşar vəziyyətdə idik. Vəziyyəti əsaslı şəkildə dəyişə bilmişik. İndi isə vəziyyəti belə saxlamağı və bir qədər də yaxşılaşdırmağı hədəf kimi qarşıya qoymalıyıq. Kim buna mane olursa... o bizdən deyil. Fərqi yoxdur vəzifəlidir, müxalifətdir, yaxud hakimiyyətin hər hansı formada tərəfdarı, jurnalist, QHT təmsilçisi və s.
***
Bəli, itirilənləri qaytarmaq, əldə olanı saxlamaq üçün baş işlədilməli, ağıllı siyasət yeridilməlidir... Əgər su səni aparırsa, ona "sel" deməməyin naşılıqdır, özünü aldatmaqdır...
A.Məmmədli