2021-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 728,3 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikib, yenidən qurub və təmir edib.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçirdiyi brifinqdə bildirib. Sədrin sözlərinə görə, yenidən qurulmuş və təmir edilmiş yolların 128,4 km-i respublika əhəmiyyətli, 425 km-i yerli əhəmiyyətli, 174,9 km-i isə Bakının yollarıdır. “Təmir və yenidənqurma işlərinin 606,8 km-lik hissəsi investisiya xərcləri hesabına, 121,5 km-lik hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə vəsaiti hesabına yerinə yetirilib. Hesabat dövründə 10 yeni körpü tikilib. Bunlardan 4-u İsmayıllı rayonu ərazisində, 5 -i Zəfər Yolunun üzərində, biri isə Ağcabədi rayonu ərazisində istifadəyə verilib”, - deyə sədr əlavə edib.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN