"Ukrayna Rusiya ilə diplomatik münasibətləri kəsə bilər".
TASS xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciəti zamanı bununla bağlı ölkə XİN-dən təklif aldığını deyib.
“Mən Xarici İşlər Nazirliyindən Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi barədə müraciət almışam. Həmin müraciəti nəzərdən keçirəcəyəm”, - Zelenski vurğulayıb.
“DXR” və “LXR”ın Rusiya tərəfindən tanınmasından sonra Qərbdən ciddi dəstək gözlədiklərini söyləyən Zelenski ölkədə hərbi vəziyyət elan etməyi düşünmədiyini qeyd edib.
E.ŞİRİNOV