Ukrayna-Rusiya cəbhəsində baş verənlərlə bağlı az əvvəl NATO liderlərinin videokonfrans formatında iclası başlayıb.
Türkiyə mediasının verdiyi məlumata görə, iclas Rusiyanın Ukraynaya müdaxiləsinə həsr olunub. İclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir. Qeyd olunub ki, NATO liderləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsini və son hadisələri müzakirə edəcək. "Təzadlar" Almaniya mediasına istinadla bildirir ki, qərar tezliklə elan ediləcək. Ehtimal var ki, Ukraynaya hərbi dəstək nəzərdə tutulacaq... Hələki son qərar elan edilməyib...
A.Məmmədli