FTX (Federal Təhlükəsizlik Xidməti) əməkdaşları Ukrayna hərbi kəşfiyyatına Mərkəzi Federal Dairənin hərbi-sənaye kompleksinin müəssisələrindən birinin işi barədə məlumat ötürən rusiyalını saxlayıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"2003-cü il təvəllüdlü Rusiya vətəndaşı dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb", - FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. - "Kuratorların göstərişi ilə pul mükafatı üçün təcavüzkar Mərkəzi Federal Dairənin müdafiə müəssisələrindən birinin istehsal fəaliyyəti ilə bağlı məlumat, foto və video materialları toplayıb ötürüb".
FTX-nin məlumatına görə, şübhəli şəxs internet messencer vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndələri ilə fəal şəkildə əlaqə yaradıb.
Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) ilə cinayət işi başlanıb. Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir, - Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi əlavə edib.
E.ŞİRİNOV