"Kiyevdəki vəziyyət Ukrayna Silahlı Qüvvələrinin və vətəndaşların nəzarəti altındadır..."
"Təzadlar" Ukrayna KİV-lərinə istinadla bildirir ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukrinform-a şərhində deyib: “Biz qoşunu bacardıqca dayandırırıq, vəziyyət Ukraynanın hərbi Silahlı Qüvvələrinin və Kiyev vətəndaşlarının nəzarəti altındadır”.
Bir müddət əvvəl bildirilmişdi ki, Kiyevdə təxminən Qələbə meydanı, dəmiryol vağzalı və Boqdan Xmelnitski küçəsi ərazisində pulemyotlardan davamlı atışmalar gedir. Daha əvvəl hərbi hissəyə hücumun təşkil olunduğu Beresteiska metrosunda ukraynalı əsgərlər düşmən kolonunu məhv ediblər.
A.Məmmədli