Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Rusiya Silahlı Qüvvələrinin ağır itki verməsi barədə məlumat verib.

Fevralın 26-sı  səhər saatlarına olan məlumata görə, 3,5 mindən çox rusiyalı hərbçi öldürülüb,  200-ə yaxın isə əsir götürülüb.

Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak  prezident aparatında keçirilən brifinq zamanı bildirib.

 “Bu gün səhərə olan məlumata görə, bizdə 3500-dən çox həlak olmuş rusiyalı və 200-dən bir az əsir var”.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri polis və terrordan müdafiə qüvvələri ilə birlikdə Ukraynanın bütün ərazisinə və vəziyyətə tam nəzarət edir.

 “Fevralın 26-da səhər saat 7-də Rusiya Federasiyası tərəfindən aktiv əməliyyatlara atılan resurs və ehtiyatların miqdarına baxmayaraq, bu ölkənin silahlı qüvvələri heç bir taktiki və əməliyyat üstünlüyü əldə etmədi”,- deyə Podolyak bəyan edib.

Qeyd edək ki, Rusiya KİV -də gedən məlumata görə, İlan adasında da 80-dən çox ukraynalı sərhədçi əsir götürülərək Sevastopola aparılıb.

Bunu Rusiya ordusunun general-mayoru Mixail Yasnikov bəyan edib.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN