...21-ci əsrdə dünya ən ağır, təhlükəli və təlaşlı günlərini yaşayır. Ya dünya analoqsuz bir tiran, terrorist və psixapadin əli ilə sona verə bilər, ya uzun zaman ərzində bütün dünyanı, daha çox rus xalqının özünü zəhərləyən rus faşizmindən tamam azad ola bilər. Amerika, Avropa, Qardaş Türk dövlətləri, bütün tərəqqipərvər dünya, (o cümlədən və xüsusilə öz ölkəmiz) məharətlə, yavaş-yavaş, səbrlə, təmkinlə hərəkət edir, əsas məqsədə çatmaq uzrədir. Ukrayna bu gün tək deyil, dünya 99% bu problemin həllinə dəstək verir. Bu gündən Rusiya üçün ağır sanksiyalar qüvvəyə minir (hələ heç bir ölkə bu qədər təsirli sanksiya görməmişdir). Texnologiyaya çıxış bağlandı, bir dənə məhsulu Rusiya təkbaşına sona çatdıra bilməyəcək, hətta ölü tankları, raketləri.... SWİFT bağlandı, valyuta ehtiyyatları sanksiya altında, yollar bağlandı. Çox qısa zamanda bu ölkə çökəcək.
İş adamlarımız, tacirlərimiz, sadə vətəndaşlarımız, məmurlarımız bilməlidir ki, Rusiya bizim ən böyük ticarət partnyorunuzu, bu hadisələrin bizə böyük təsiri olacaq. İşlərimizi dəqiq qurmalıyıq ki, minimum zərərlə otusək, bəzi hallarda isə daha yaxşı yararlanmaq imkanı olsun.
1. Nə imkan varsa rublla əməliyyatlardan qaçın, əmanətləri çəkin, rus banklarından bütün valyutalara əmanətdən, depozitdən qaçın, Rusiya ilə ticarət əlaqələrinə heç bir valyuta ilə deyil yalnız manatla həyata keçirin. Rusiya ilə son müttəfiqlik müqaviləsində bu maddə var, Putin bu vəziyyəti bilirdi, ona görə də bu maddə xüsusi olaraq qeyd olunub. Rusiyanın beynəlxalq pul axınının ən optimal və təhlükəsiz kanalı manatdı. Bununla bərabər bu tədbirlər qəti olaraq AİMB və ABŞ FRS ilə razılaşdırılmalıdır. Dünya çox ciddi yanaşır bu problemə, başqa cür öz valyuta ehtiyatlarımız sanksiya altına düşə bilər. Rusiya bu gün dünya üçün ən böyük təhlükəyə çevrilib, bütün dünya bu ağır təhlükəni sovusdurmağa çalışır. Artıq bu saata dollar rubl kursu 110 u keçibdir. Çox sürətlə 500, 1000, 10000 aşacaq. Yaxın günlərdə yəqin ki, birjalar tam dayanacaq. Bu gün hələ də açılmayıb.
2. Rusiyada əmlaka investisiyanın dayandırın, bir iki aya əmlakın qiyməti on dəfələrlə düşəcək. Rusiya şirkətlərinin səhnələrindən, istiqrazlarindan, dövlət qiymətli kağızlarını indi əldən çıxarın. Rusiya bazarı dağıdıldı. Bunun bərpası uzun zaman alacaq.
3. Rusiyanın nəqliyyat, ticarət, hərəkət dəhlizi kimi ən etibarlı məkan Azərbaycan və Türkiyə qalır. Bu ölkə həm də nəqliyyat sanksiyalarına məruz qalmışdır. Avropa, Asiya, Amerika, Afrika hər məkan Rusiyanın üzünə bağlanır. Nəzərə alsaq ki, İran da sanksiya altındadır, o zaman məsuliyyət və həm də vəziyyəti daha yaxşı qiymətləndirməyi bacararıq. Bütün istiqamətlərdə rus xalqına (rejiminə deyil), öz türk soydaşlarımıza kömək üçün infrastruktur yaratmalıyıq, bütün gömrük qapılarını (o cümlədən hava alanları, limanları) sərbəst iqtisadi zona elan etmək, ofşor bank, biznes fəaliyyəti qurmaq zəruridir, tranzit sistemi yaratmaq lazımdır.
4. İxrac mallarina xüsusi imkanlar yaratmaq, dövlət tərəfindən tənzimlənən qiymətləri aşağı salmaq, Rusiyaya ixracatı ucuzlasdırmaq üçün hər cür yardım göstərmək lazımdır.
Yaranan yeni şərtlərə uyğun geniş islahat tədbirləri həyata keçirmək lazımdır. İndi manatın regional rezerv valyutaya çevrilməsi şansı yaradılmışdır.
Dərin hörmətlə,
i.e.d., professor Saleh Məmmədov
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN