Müharibəyə son qoymaq üçün Belarusda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar davam edir.

"Təzadlar" Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Kiyev vaxtı ilə saat 16:39-da Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Twitter-də bu barədə məlumat yayıb... "Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar davam edir. Bir neçə dəqiqədən sonra üçüncü raund başlayacaq".
Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı danışıqların başa çatdığını elan etmişdi. Həmçinin, danışıqların başa çatması barədə məlumatı daxili işlər nazirinin müşaviri Anton Geraşenko da təsdiqləmişdi... Danışıqlar Pripyat çayının sahilində yerləşən Qomel vilayətində aparılır. Danışıqların təşkilatçıları təhlükəsizlik baxımından dəqiq yeri açıqlamır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN