ZELENSKİ GENERALI VƏZİFƏYƏ TƏYİN ETDİ

Ukrayna  prezidenti Vladimir Zelenski paytaxtın müdafiəsini təmin etmək məqsədilə general Nikolay Jirnovu hərbi administrasiyaya rəhbər təyin etdi. Prezident bu haqda vətəndaşlara müraciət ünvanlayıb. Müraciətdə deyilir:" Hörmətli kiyevlilər! Paytaxtın müdafiəsi hər şeydən vacibdir. Məhz buna görə də mən müharibə dönəmində Kiyevin hərbi administrasiyasına peşəkar hərbiçini rəhbər təyin etdim. Bu şəhərin müdafiəsini sığortalamaq məqsədi daşıyır. Həm də düşmən qüvvələrinin hücumlarının qarşısının vaxtında alınmasını təmin edəcək. Administrasiyanın rəhbəri general Jirnov Nikolay Nikolayeviç təyin olunub. 

Uzun illər hərbi sahədə çalışıb. 2014-2015-ci illərdə Ukrayna Hərbi Qüvvələrində əməliyyatlar zamanı mühəndis işlərinin təminatının yüksək səviyyədə həyata keçirilməsinə rəhbərlik edib. Vitaliy Kliçko Kiyevin meri olaraq qalır. Onun özünə aid məsuliyyəti olacaq. Artıq bu müdafədə həm hərbi administrasiya, həm də şəhər meri birgə çalışacaq. Müharibə bitdikdən sonra hər kəs yerinə qayıdacaq."

Sevinc MURADXANLI

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN