Rusiya mətbuatı məlumat yayıb
Bu gün kütləvi informasiya vasitələri Ukraynaya muzdluların cəlb olunması haqda xəbər verib. Rusiyanın "Novosti" İnformasiya Agentliyinin verdiyi məlumatda Ukrayna ərazisinə artıq ilk muzdu dəstənin gətirildiyi bildirilb.
Bundan əlavə Yaponiyadan 70 nəfər nuzdlu döyüşçünün Ukraynaya gəlib döyüşməyə razılıq verdikləri məlum olub.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski fevral ayının 27-də əcnəbi muzdluların cəlb olunması üçün hərbi bölmələrin yaradılması haqda məlumat vermişdi. Bu hissələrə Ukraynaya yardım etmək istəyən və Ukrayna üçün muzdlu döyüşmək istəyən əcnəbilər dəvət olunurdu. Elə həmin gün Ukraynanın Yaponiyadakı səfirliyi öz Twitt səhifəsində könüllü muzdluların yığıldığı haqda məlumat paylaşmışdı.
Sevinc MURADXANLI