Bu gün Ermənistan parlamenti Vahan Xaçatryanı ölkənin yeni prezidenti seçib
Yüksək texnologiyalar sənayesi naziri Vahan Xaçatryan Ermənistanın prezident oldu.
Bu barədə bu gün qanunverici orqanın hesablama komissiyasının rəhbəri Narek Babayan bildirib.
Qeyd edək ki, bu vəzifəyə yeganə namizəd o idi. Xaçatryanın namizədliyini hakim “Vətəndaş müqaviləsi” partiyası təklif edib.
Xatırladaq ki, seçkinin dünən keçirilən birinci turunda Xaçatryanın lehinə cəmi 69 səs verilib. Hansı ki, ona minimum 81 səs yığmaq tələb olunurdu.
“71 deputat Xaçatryanın lehinə səs verib ”, - deyə Babayan iclasda bildirib.
Müxalif “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları isə seçkiləri boykot edib.
TEZADLAR.AZ