Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şolzla telefon danışığı zamanı Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsi kontekstində Rusiya tərəfinin məqsəd və vəzifələri, eləcə də yanaşmalarını izah edib. Bu barədə Kremlin mətbuat xidməti xəbər verib
“Vladimir Putin Donbass əhalisinin mühafizəsi üzrə xüsusi hərbi əməliyyatın keçirilməsi kontekstində Rusiyanın fundamental yanaşmalarını açıqlayıb, onun məqsəd və vəzifələrini ətraflı izah edib və bu, sözsüz ki, həyata keçiriləcək”, - mətbuat xidməti bildirib. Rusiya prezidenti həmçinin vurğulayıb ki, Rusiya Ukrayna tərəfi ilə dialoqa hazırdır, bir şərtlə ki, “Rusiyanın bütün tələbləri yerinə yetirilsin”.
“Danışıqların planlaşdırılan üçüncü raundunda Kiyev nümayəndələrinin ağlabatan və konstruktiv mövqe tutacağına ümid ifadə olunub”, - Kremlin mətbuat xidməti əlavə edib.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar ictimaiyyətin açıqlanması obyektinə çevrilməməlidir. Peskov Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutskinin daha əvvəl danışıqların nəticələrinin ən yüksək səviyyədə möhkəmlənməsi ehtimalı barədə dediyi sözləri də şərh edib. Hazırda heç bir sənədin müzakirəsi yoxdur, Peskov diqqət çəkib.
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu ərəfəsində, bu müddət ərzində tərəflər humanitar dəhlizlərin yaradılması və mümkün müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
Fevralın 28-də Belarusun Qomel vilayətində Rusiya və Ukrayna arasında danışıqların birinci raundu keçirilib.

Sevinc MURADXANLI