“Əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək”.
UNİAN xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken BBC-yə müsahibəsində deyib.
“Əgər Moskva ölkədəki hakimiyyəti devirməyə çalışsa, Ukrayna xalqı buna qarşı çıxacaq. Müharibə artıq Putinin planlarına uyğun getmir. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub”, - deyə o bildirib.
ABŞ-ın dövlət katibi hərbi əməliyyatlar tam dayandırılanadək rəsmi Vaşinqtonun Moskvaya təzyiqlərinin davam etdiriləcəyini vurğulayıb.
E.ŞİRİNOV