Rusiyanın Ukraynaya təcavüzü fonunda ABŞ Dövlət Departamenti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukraynadakı müharibə ilə bağlı dediklərini açıq-aşkar yalan adlandırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Twitter-də yazıb. Prays Rusiya səfirliyinin tvitinə şərh verərərk yazıb ki, Lavrova istinadən "Rusiyanın xüsusi hərbi əməliyyatının məqsədi Ukrayna ərazisində başlaya biləcək istənilən müharibəni dayandırmaqdır", -ifadəsi açıq -aşkar yalandır. 
Prays həmin mövqeyə cavab verərərk deyib ki, “Bu, açıq-aşkar yalandır və Rusiyanın “xüsusi əməliyyatı” Ukraynada müharibəni qızışdırmaqdır, bu ölkəni işğal etməkdir, müharibəni dayandırmaq yox...".
"Təzadlar" Ukrayna mediasına istinadla xatırladır ki, Lavrovun sözləri Rusiya təcavüzünün yeni izahıdır. Fevralın 25-də Lavrov müharibənin başlamasını “ukraynalıları zülmdən azad etməklə” əsaslandırmışdı, martın 2-də isə o, Rusiya Federasiyasının hərəkətlərinin Ukraynada "ağır zərbə endirmə silahlarının konkret növlərini müəyyən etmək" üçün nəzərdə tutulduğuna dair bəyanat yaymışdı.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN