Volodimir Zelenski Ukraynadakı ölümlərə görə Qərb ölkələrinin məsuliyyət daşıdığını deyib, onları səmanı bağlamaqdan və təyyarə verməkdən imtina etdiyinə görə qınayıb.

Bu barədə Zelenskinin videomüraciətində bildirilib.

O deyib ki, 13 gündür ancaq vədlər eşidirlər: “Artıq on üçüncü gündür indi bizə deyirlər ki, səmada kömək olacaq, təyyarələr olacaq, onlar bizə təhvil veriləcək".

Onun sözlərinə görə, Ukraynada insanların ölümündə günahı Rusiya, məsuliyyət isə Qərb ölkələri daşıyır: “Bunun məsuliyyəti həm də on üç gündür Qərbdə qərar qəbul edə bilməyənlərin üzərinə düşür”.

Onun sözlərinə görə, Qərb liderləri Ukrayna səmasını hava hücumlarından qoruya və blokadanın aradan qaldırılmasına kömək edə bilər, lakin bunu etmirlər.

Zelenski vurğulayıb ki, şəhərlərdə yüzlərlə və yüz minlərlə insan, sözün əsl mənasında, həyat və ölüm arasındadır.

Zelenski həmçinin vurğulayıb ki, dünya ölkələrinin liderləri “müharibəni dayandırmaq” üçün hər cür səy göstərməsələr, dünya ölkələrinin xalqlarına müraciət edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN