Ukraynanın 128-ci Zakarpat Dağ Hücum Briqadasının hərbçiləri Şimali Osetiyada dislokasiya olunmuş hərbi hissənin informasiya-psixoloji əks-hücum qrupunun rəhbəri olan rus polkovnik-leytenantı əsir götürüb.
"Təzadlar" Ukrayna mediasına istinadən bildirir ki, bu barədə 128-ci Zakarpat Dağ Hücum Briqadasının hərbi zabiti Yaroslav Qalas Facebook-da paylaşım edib. Sitat: "...Bu da Rusiya Federasiyasının 58-ci Ordusunun bölməsi ilə toqquşma zamanı 128-ci dağ hücumu Transkarpat briqadasının yeni əsiri. 47084 saylı hərbi hissənin daimi yeri Vladiqafqaz, Şimali Osetiya-Alaniya Respublikasıdır. Rusiya ordusunun 47084 saylı hərbi hissəsinin informasiya və psixoloji mübarizə qrupunun rəhbəri Koşel Aleksandr Oleqoviç. Hərbi rütbəsi - polkovnik-leytenant".
Qalasın yaydığı məlumatda qeyd edilir ki, Koşelin tutulmasından dərhal sonra ruslar onu azad etmək üçün əhəmiyyətli qüvvələr göndərdilər. Xüsusilə, onlar Ukraynanın hücum təyyarələrinə atəş açan təyyarələri qaldırdılar. Bildirilir ki, düşmənin açdığı atəş nəticəsində xəsarət alan olmayıb, əsir təhlükəsiz arxa yerə aparılıb. Şəxsi axtarış zamanı 128-ci briqadanın əsgərləri podpolkovnik Koşelin əynində alt paltarına “Ukrayna Silahlı Qüvvələri” yazılmış corab olduğunu görüb təəccübləniblər. Qalas rusların əsiri azad etmək üçün etdiyi bütün ciddi-cəhdlərini onunla əlaqələndirib ki, sən demə, Koşelin hər gün Rusiya Federasiyasının 58-ci Ordusunun komandanı, general-leytenant Mixail Zusko ilə birbaşa əlaqədə olub, hər gün ona kəşfiyyat məlumatlarını çatdırırmış. Sitat: "Новый пленний 128 отдельной горно-штурмовой Закарпатской бригады, взятый в ходе столкновения с подразделением 58-й армии РФ. Постоянное место дислокации в/ч 47084 – г. Владикавказ, республика Северная Осетия – Алания. Начальник группы информационно-психологического противодействия воинской части 47084 российской армии Кошель Александр Олегович. Воинское звание – подполковник".
***
Dah bir maraqlı məlumat: sən demə, general Zusko özü əslən Ukraynanın Volınski vilayətinin Kamen-Kaşırski rayonunun Vetlı kəndindəndir. Amma indi o, Ukraynaya qarşı döyüşür. Rusiya Federasiyasının 58-ci ordusu Nikolayev istiqamətində ərazilərin dərinliklərinə doğru irəliləməyə çalışsa da, bir həftə yarım əvvəl Ukrayna Silahlı Qüvvələri tərəfindən tamamilə məğlub edilib. İndi əsir Koşel Ukraynanın əks-kəşfiyyatçılarına ifadə verir... Vacib sirlər bundan sonra açılacaq.
A.Məmmədli