Kiyevdə cəbhədəki mövcud vəziyyəti nəzərə alaraq Rusiya Federasiyası ilə danışıqlar fəlakət hesab edilir.
Tezadlar.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb.
Nəşrin mənbələrinə görə, Kiyevdəki bəzi rəsmilər “Ukraynanın döyüş meydanında öz üstünlüyünü bərpa etməmişdən əvvəl Rusiya ilə danışıqlara məcbur edilməsi fəlakətli nəticələrə gətirib çıxaracaq”. Kiyev danışıqlara yalnız Rusiya cəbhədə ciddi itkilər, o cümlədən nüfuzlu itkilər verdikdən sonra başlamaq niyyətindədir. Ukrayna rəhbərliyi hesab edir ki, danışıqlardan əvvəl Rusiya prezidenti Vladimir Putini “incitməmək” onu “cəsarətləndirəcək, Ukraynanı zəiflədəcək və son nəticədə Qərbin nüfuzuna və maraqlarına xələl gətirəcək”.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton bildirib ki, Donald Tramp Ukraynadakı münaqişəni şərtləri nəzərə almadan mümkün qədər tez bitirmək istəyir və bu, Ukrayna üçün pis siqnaldır.
E.ŞİRİNOV