Soçinin Xostinski rayonunda yer hərəkəti baş verib. Esaulenko küçəsində fərdi yaşayış binası sürüşmə zonasında yerləşib.
Tezadlar.az xəbər verir ki, qonşu evin sakinlərinin sözlərinə görə, fərdi yaşayış evinə və ətrafa ziyan vuran dayaq divarının uçması yanvarın 18-də səhər saat dörd radələrində baş verib.
“Sakinlər möcüzə nəticəsində sağ qaldılar. Əmlaklara ziyan dəyib, üç avtomobil uçuruma düşüb. İnsanlar qucağında uşaqla çölə çıxdılar”, - qurbanların qonşuları qeyd edib.
Onların fikrincə, buna səbəb dənizdən 500 metrdən də az məsafədə sürüşmə yamacında mövcud yaşayış binalarının yanında çoxmərtəbəli binaların qanunsuz tikintisi olub.
"Altı sakin müvəqqəti yaşayış mərkəzində yerlə təmin olunub, şəhər rəhbərliyi tərəfindən lazımi yardım göstərilir, xəsarət alan yoxdur, yaxınlıqdakı evlərin rabitə şəbəkələri pozulmayıb", - meriyanın məlumatında deyilir.
E.ŞİRİNOV