Rus işğalçıları Xarkova doğru irəliləməyə cəhd etsələr də, lakin hamısı uğursuzluğa düçar olurlar...

"Təzadlar" xatırladır ki, Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov Telegram-da bu brədə məlumat verib. "Son 24 saat ərzində Rusiya işğalçı qüvvələri ərazimizə müxtəlif növ 84 zərbə endirib. Raket zərbəsi qeydə alınıb, lakin çərşənbə axşamı səhər saat 5 radələrində Ukrayna Silahlı Qüvvələrinin Novaya Vodoloqa bölgəsindəki mobil bölmələri işğalçıların qanadlı raketini vurub. Ukrayna Silahlı Qüvvələrinin müntəzəm qələbələri arasında İzyum yaxınlığında ruslarla döyüşlər zamanı qazanılan nailiyyətlər də var. Belə ki, Ukrayna ordusu işğalçıların kolonunu darmadağın etdi, onlar sadəcə olaraq döyüş meydanından qaçaraq texnikalarını bizə qoyub getdilər... Prezident Aparatı, Baş nazirin müavini İrina Vereşçuk ilə birlikdə yeni humanitar marşrutlar üzərində işləyirik. Biz evakuasiya avtobuslarını və humanitar yükləri hazırlamışıq. Amma sizə deyim ki, biz hər gün həm də ehtiyacı olan icmalara kömək etməyə çalışırıq”, -deyə o, bildirib.

CNN-nin yaydığı məlumata görə isə, ruslar nəyin bahasına olursa-olsun, Xarkovu ələ keçirməyə çalışırlar, lakin bu, müharibə başlayan 4-cü həftə ərzində mümkün olmayıb.

A.Məmmədli

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN