Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri ballistik raketdən istifadə edərək Tel-Əvivdə İsrail Müdafiə Nazirliyinin binasına hücum edib.
Tezadlar.az xəbər verir ki, bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria çıxış edib.
“Raket qüvvələri Zülfiqar ballistik raketi ilə işğal olunmuş Yaffa bölgəsində (Təl-Əviv) İsrail düşməninin qondarma Müdafiə Nazirliyinə zərbələr endirərək hərbi əməliyyat keçirib”, - Saria Husilərin nəzarətində olan “Al Masirah” telekanalında deyib.
Onun sözlərinə görə, “raket hədəfi yüksək dəqiqliklə vurub” və İsrailin hava hücumundan müdafiə sistemləri “onun qarşısını ala bilməyib”.
Şənbə günü İsrail ordusunun mətbuat xidməti bildirib ki, Yəməndən atılan raket səbəbindən ölkənin mərkəzi hissəsində bir sıra bölgələrdə hava hücumu sirenləri işə düşüb. Ordunun dəqiqləşdirdiyi kimi, İsrail Hərbi Hava Qüvvələri raketi uğurla ələ keçirib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Yanvarın 16-da Ənsarullah lideri Əbdülməlik əl-Husi tərəfdarlarına müraciətində bildirib ki, İsrail Qəzzada atəşkəs haqqında Fələstinin HƏMAS hərəkatı ilə razılaşmadan çıxacağı təqdirdə husilər İsrail ərazisinə və ticarət gəmilərinə hücumları bərpa edəcəklər. O qeyd edib ki, əgər İsrail “eskalasiyanı dayandırmasa və razılaşma yerinə yetirilənə qədər kollektiv cəza tətbiqini dayandırmasa” üsyançılar hücumlarını davam etdirəcəklər.
Baş nazirin müşaviri, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsarinin sözlərinə görə, Qəzza zolağında HƏMAS və İsrail arasında atəşkəs 19 yanvar bazar günü yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 10:30) qüvvəyə minəcək. Cümə günü Əl-Cəzirə mənbələrə istinadən iddia edib ki, HƏMAS İsraildən girovların azad edilməsi prosesinə yanvarın 19-da başlamaq üçün razılaşmanın qüvvəyə minməsinə 48 saat qalmış İsraildən tələb edib. Ərəb mediasının məlumatına görə, şənbə günü İsrail Qəzza zolağının müxtəlif ərazilərinə zərbələr endirməyə davam edib. Əl-Ərəbiyyə telekanalının verdiyi məlumata görə, yanvarın 15-də axşam saatlarında münaqişə tərəflərinin Qəzza zolağında atəşkəs razılaşması əldə etdikləri elan edildikdən sonra İsrailin endirdiyi zərbələr nəticəsində azı 122 nəfər həlak olub.
E.ŞİRİNOV