"ABŞ hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün Ukrayna ilə sıx əməkdaşlıq edir".
Tezadlar.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib. Sitat: “S-300 kimi sistemlərə gəlincə, biz Ukraynaya uzun mənzilli hava hücumundan müdafiə sistemləri və onların döyüş sursatları almağa kömək etməyə çalışırıq”, - o deyib. Ned Praysın sözlərinə görə, dövlət katibi Entoni Blinken ABŞ-ın 14 tərəfdaşından Ukraynaya Amerika istehsalı olan hərbi texnikanın tədarükünü təsdiqləyib.
“Biz ABŞ Müdafiə Nazirliyi və digərləri ilə bu cür sistemləri inventarlaşdırmaq üçün işləyirik və nəticədə onları, istər Amerika, istərsə də başqa cür, ukraynalı tərəfdaşlarımıza təqdim etməkdəyik”, - o əlavə edib.
Xatırladırıq ki, Ukrayna bir çox ölkələrdən artıq hərbi təyinatlı dəstəyi almaqdadır. Buraya tank əleyhinə qranatatanlar və avtomat silahlar və s. daxildir.
A.Məmmədli