Qeyri-adi güclü tornado Siciliyanı vurdu. Tornado bu mövsüm ilk dəfə olaraq adanın cənub-şərq hissəsindən, ildırımlı tufanlar və güclü küləklər fonunda keçib.
Tezadlar.az xəbər verir ki, İtaliya mətbuatının yazdığına görə, tornadoya səbəb gözlənilmədən Şimali Afrikadan gələn siklon olub.
Tornado səbəbindən Siciliyanın bir neçə bölgəsində elektrik enerjisi kəsilib.
Bir sıra evlər demək olar ki, tamamilə dağılıb. Yerli hakimiyyət orqanları vəziyyəti izləyir, lakin dəymiş ziyanın həcmi hələ müəyyən edilməyib.
E.ŞİRİNOV