Ukraynanın Buça şəhərində Rusiya hərbçilərinin əliyalın insanları küçədə qətlə yetirməsi dünya mediasında geniş müzakirə edilməkdədir...

Azərbaycan mediasında da bu qətllər rus silahları ilə ermənilərin törətdikləri Xocalı qətliamı müqayisə edilir. Ukrayna mediası isə yazır ki, ruslar Ukraynanın şərqində və cənubunda daha böyük vəhşiliyə hazırlaşır. Bu barədə Prezident Vladimir Zelenskinin müraciətində deyilir. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, "Biz işğalçıların şərq və cənub istiqamətlərində daha da qəddar fəaliyyətinə hazırlaşmağa davam edirik. Onların Donbasda nə edəcəyini bilirik. Xarkov yaxınlığında, bəzi digər bölgələrdə nə edəcəklərini bilirik. Rusiya orada böyük miqdarda hərbi texnika cəmləşdirir. Bu fəaliyyət isə sübut edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar azdır. Düşmən bu müharibəni uduzduğundan acıqlıdır, nə edəcəyini bilmir”.
Xatırladaq ki, daha əvvəl Buça azad edildikdən sonra rus hərbçilərinin işğal altındakı şəhərdə törətdiyi vəhşiliklər barədə məlumatlar üzə çıxmağa başlayıb. Xüsusilə, Fedoruk şəhərdə 300-ə yaxın insanın dəfn olunduğu, onlarla cəsədin küçələrdə uzandığı, bəzilərinin əlləri bağlı vəziyyətdə kütləvi öldürüldüyü məzarlığı tapılıb. Şəhərin küçələrində çılpaq qadın cəsədləri də tapılıb.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN