Gecə klubunda qazdan istifadəyə, təhlükəsizliyə kimlər cavabdeh olub?

…İndi hamı “LocationBaku”dakı partlayışın baiskarının kim olduğunu müzakirə etməkdədir. İstintaq getdiyindən hələki nəsə söyləmək çətindir. Amma ortada təbii suallar da az deyil. Tanınmış QHT rəhbəri Osman Gündüz bu barədə marqlı açıqlama ilə çıxış edib. Sitat: «…2018-ci il 3 iyul tarixli enerji böhranından sonra Prezident yanında müşavirə keçirilirdi. Müşavirədə Fövqalədə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək FHN –in öz səlahiyyətləri çərçivəsində verdiyi göstərişlərin Azərenerji tərəfindən icra edilmədiyini bildirmişdi… 2019-cu il 28 mart tarixdə Diqlas-da baş verən yanğınla bağlı Prezident yanında müşavirə keçirilirdi. Yenə də müşavirədə FHN rəhbəri Kəmaləddin Heydərov çıxış edərək onun rəhbərlik etdiyi Nazirlik tərəfindən verilən tapşırıqlarıın Nizami rayon İcra hakimiyyəti və Ticarət Mərkəzinin sahibi tərəfindən icra edilmədiyini bildirmişdi… Nəhayət, “LocationBaku”dakı partlayışla bağlı Baş Prokurorluq səhlənkarlıq-ehtiyatsızlıqdan ölümə səbəbolma ilə bağlı cinayət işi başlayıb. Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb. İstintaqı Baş Prokurorluq aparacaq. Prokurorluq da açıqlamasında hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış propan qaz balonundan sızma nəticəsində baş verməsini qeyd edib. FHN isə partlayış olan obyektdə qaz balonundan istifadəyə icazənin olmasına, kimin, hansı qurumun icazə verməsinə və partlayışın səbəblərinə hələlik rəsmi münasibət bildirməyib".  

Neftçilərin Hüquqlarını Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı "Təzadlar"a bildirdi ki, bu gecə klubuna faktiki nəzarət olmayıb:

-Məsələ ondadır ki, "Torqovıy" adlanan məşhur küçədə adi adam gecə klubu saxlaya bilməzdi. Bura yüksək statuslu məmurların himayəsində olub. Ona görə də bu obyektə FHN nümayəndələrinin nəzarətinin olması ağlabatan deyil. İmkan verilməyib. Mən şübhələnirəm ki, orada qanunsuz qaz qoşulması da ola bilərdi... Çünki qaz balonunu kənarda qoyurlar. Ola bilməz ki, ona bu qədər nəzarətsizlik olsun. Yaxud, başqa bir ehtimal da ola bilər: qaz balonundan uzun müddətdir istifadə edilib, məlum səbəbdən FHN əməkdaşları tədbir görə bilməyib. İstintaq bunu aydınlaşdıra bilər...

 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN