booked.net booked.net  

Sahib Məmmədov: «Hakimlərin sonrakı fəaliyyəti başqa, amma seçiləri tam şəffaf keçir…»

 Azərbaycan ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planının təqdimetmə mərasimində maraqlı statistika səsləndirib. Nazir deyib: «Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində hakim korpusumuz 75 faiz yenilənib". Nazir əlavə edib ki, "Onların sırasında gənclərin üstünlük təşkil etməsi, həmçinin gender bərabərliyi baxımından qadınların sayının xeyli artması bizi sevindirir. Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech məhkəmələrin yaradılması daim diqqətimizdə saxlanılaraq Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər istifadəyə verilmiş, onlar "Elektron məhkəmə" sistemi ilə təchiz olunmuşlar. Yeri gəlmişkən, Azərbaycanda tətbiq edilən elektron məhkəmə sistemi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsində və şəffaflığın artırılmasında mühüm rol oynayır".

Bunlar cənab nazirin söylədikləridir. Lakin sosial mediada hakimlərimizin seçkisi ilə praktik fəaliyyətləri arasındakı fərq də geniş müzakirə olunmaqdadır. Elə redaksiyamıza daxil olan çoxsaylı şikayətlər də bir daha təsdiqləyir ki, dövlətimizin fəaliyyətinə bu qədər şərait yaratdığı hakimlər bəzən sifarişlə və əsassız, qanunsuz qərarlar qəbul edirlər. Sonda dövlətin adından qəbul edilən bu qərarlar Avropa İnsan Haqları Məhkəməsinədək gedib çıxır və Azərbaycan dövləti hakimlərin günahını yumalı olur-təzminat ödəyir və s.

***

«Təzadlar» bu və ya digər suallarla ayrı-ayrı hüquq müdafiəçilərinə, vəkil və deputatlara müraciət edib. Cavabları ardıcıllıqla təqdim edəcəyik.

Tanınmış QHT rəhbəri, Əmək Hüquqları Liqasının sədri  Sahib Məmmədov nazir Fikrət Məmmədovun «Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində hakim korpusumuz 75 faiz yenilənib", -fikirlərinə dair sualımıza belə cavab verdi:

- Sualınıza qısa olaraq belə cavab verə bilərəm ki, hakimlərin sonrakı praktik fəaliyyəti necədir, bu başqa məsələ. Amma seçim son dərəcə şəffaf keçir. Mən axıra qədər seçim və imtahan prosesinə dəvət olunuram, iştirak edirəm, proses şəffaf keçir… 

- Sahib müəllim, bəs sizcə hakimlərin sonrakı fəaliyyətindəki qüsurlar nədən doğur: hakimlərin fəaliyyətinə zəif nəzarətdən, yoxsa...

-Mən bu barədə statusumda yazmışdım… Bir daha deyirəm, qınanılası orqan tək Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası olsaydı nə vardı… Hər halda, hakimlərin imtahan mərhələsi tam şəffafdır. Mən özümə söz vermişəm ki, heç bir halda məhkəməyə şikayət verməyim. Vəkiləm, amma vəkillik də etmirəm… Mən bu barədə fikirlərimi həmişə açıq demişəm. Ədalətli məhkəmənin bərqərar olması isə daha çox cəmiyyətin problemidir. Hüquqi nihilizmin yükəsk olduğu cəmiyyətlərdə ədalətli mühakimə sistemi qurmaq çətindir. Əlbəttə, hakimiyyətin məsuliyyəti və vəzifələri də öz yerində. Məncə, təkrar edirəm, məhkəmələrdəki qüsurlara görə yalnız Məhkəmə-Hüquq Şurasını və Ədliyyə Nazirliyini qınamaq düz deyil. Məhkəmə hakimiyyətinin ədalətliliyinin təmin olunması həm dövlətin bütövlükdə, həm də cəmiyyətin problemidir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN