Xarkovun meri İqor Terekov əmin edir ki, şəhər yaxşı silahlanıb və müdafiəyə hazırdır, həmçinin sakinlərdən panikaya düşməməyi xahiş edib.
Tezadlar.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, Terexovun videomüraciətində belə ifadə olunur. Sitat: “Fevralın 24-də Xarkov və aprelin 5-də Xarkov müdafiə qabiliyyəti baxımından iki fərqli şəhərdir. Xarkov yaxşı silahlanmış və müdafiə üçün yaxşı hazırlanmış şəhərdir. Düşmənimiz üç günə bütün Ukraynanı almağa hazırlaşırdı. Bu müddət ərzində rus işğalçı qoşunları Kiyev, Jitomir, Sumı və Çerniqovdan geri çəkildi. Qoşunlarımız ölkənin bir çox yaşayış məntəqələrini azad edib.
Düşmən işğalçıları çaxnaşma salmaq, bizi ruhdan salmaq istəyirlər. Biz xarkovlular onlara belə imkan verməyəcəyik”.
Terekov insanları dayanmağa, dözümlülük nümayiş etdirməyə çağırdı, panikaya düşməməyi xahiş edib.
Tezadlar.az xatırladaq ki, Rusiya qoşunları Xarkovu tutmağa və JFO zonasında Ukrayna qoşunlarına hücum etməyə hazırlaşır, Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik də bu barədə bildirib.
A.Məmmədli