Ukraynalı desantçılar Tomskda Rusiya Federasiyası silahlı qüvvələrinin motoatıcı bölməsini məhv ediblər.
Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Komandanlığının Mətbuat Mərkəzi məlumat yayıb. Sitat: “Rusiya Dövlət rəhbərliyinin cinayətkar göstərişlərinə və onların komandanlığına tabe olaraq Ukraynaya dinc sakinləri öldürmək üçün gələn məhv edilmiş rus işğalçılarının sənədlərini dərc etməyə davam edirik. Belə ki, bu yaxınlarda gərgin döyüş bölgəsində ukraynalı desantçılar RF Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin 21-ci Qırmızı Bayraqlı Omsk-Novobuj motoatıcı briqadasının 21-ci Əlahiddə Qvardiyasının bölmələrindən birinin zirehli dəstəsini məhv ediblər...".
Paraşütçülər qeyd edirlər ki, eyni zamanda cəsur Ukrayna əsgərləri ilə döyüşdə bir çox “asvabadçı” məhv edilmiş hərbi maşınların alovu altında yandırılıb və mövcud sənədlərdən yalnız bir neçəsini müəyyən etmək mümkün olub. “Xüsusən, Orenburqdan olan rus dünyasının tipik nümayəndələrindən biri, kiçik serjant Kayrat Muxanmadieviç Sakkuziyevin şəxsi əşyalarını araşdırarkən, mövcud sənədlər onun qısa hərbi karyerası haqqında təsəvvür yaradır. Snayper, topçu-tank komandiri ixtisası və Volski Hərbi Maddi Dəstək İnstitutunda sağ qalma proqramı üzrə intensiv kursları bitirmək ona bir də heç vaxt lazım olmayacaq. Eyni zamanda məhv edilmiş başqa bir gənc zabit - leytenant Koçanovski A.M. idi, o da cinayətkar statusunda onlarla digər həmkarı kimi qısa ömrünü başa vurdu. Bəlkə də Tomskdan olan elit briqadasından heç kim hadisələrin belə inkişafına inanmırdı. Onlar Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunlarının bölmələrinin güclü, peşəkar və amansız cavabı ilə üzləşiblər. İndi də bu düşmən müqəddəs torpağımızın tarlalarında əbədi qalacaq. Rus işğalçılarına ölüm! Yaşasın Ukrayna!".
Məlumata öldürülmüş rus podpolkovnik və digər zabitlərin yararlı qalmış poqonları və digər sənədlərinin fotosu da əlavə edilib. Aşağıda təqdim edirik.
A.Məmmədli