booked.netbooked.net booked.net  

 

1914-cü ilin oktyabrında Osmanlı İmperiyası Avstriya-Macarıstan və Almaniya tərəfdən Böyük Britaniya, Fransa və Rusiya imperiyasına qarşı Birinci Dünya Müharibəsinə qoşuldu. Ən ciddi döyüşlər Qafqaz cəbhəsində baş verdi, Osmanlılar rus silahlı qüvvələrinin böyük bir qrupuna qarşı çıxdılar. Rusiyanın tərəfində təkcə ordu və donanma deyil, həm də Osmanlı hökumətinə qarşı uzun illər müharibə aparan erməni separatçıları var idi . Anadolunun şərq hissəsində və bir çox şəhərlərdə üsyan başlayır. Osmanlı ordusu separatçılarla mübarizə aparmaq üçün hərbi hissələrini arxa cəbhəyə çəkməyə məcbur olur. Ermənilərin ən böyük uğuru Van şəhərində olur.Onlar rus ordusu gələnə kimi şəhəri ələ keçirib saxlamağa müvəffəq olurlar.

Ruslar Van şəhərini ələ keçirəndən sonra məşhur rus yazıçısı Lev Tolstoyun qızı Aleksandra bu şəhərə gəlir. O, könüllü olaraq cəbhəyə yazılır və demək olar ki, bütün Birinci dünya müharibəsi dövründə tibbi xidmətdə çalışır.Aleksandra Lvovna bu illər ərzində müharibədə baş verənləri, gözü ilə gördüklərini çox açıq şəkkildə və təfsilatı ilə qələmə alır. Onun “Qız” adlı memuarları 2015-ci ildə “Direkt-Media” nəşriyyatı tərəfindən nəşr olinur. Aşağıda istifadə ediləcək bütün sitatlar oradan götürülmüşdür.

Türkiyə dövrünə cəmi bir neçə səhifə ayrılmasına baxmayaraq, aydındır ki, Şərqi Anadolunun Vanda və digər yerlərində olmaq A. Tolstoyun gələcək həyatına, xüsusilə onun hüquq müdafiə fəaliyyətinə ciddi təsir göstərib. Böyük yazıçının qızının xatirələrinin niyə maraq doğurduğunu və bu xatirələrin 1915-1916-cı illərdə Şərqi Anadoluda baş vermiş faciəli hadisələri  başa düşməyə necə kömək edə biləcəyini  araşdıraq.

Aleksandra Lvovna Vana çox çətin bir zamanda gəlir. Şəhərdə müxtəlif xəstəliklər hökm sürür, şəhər üsyan etmiş ermənilərlə müsəlman əhalisi arasında gedən döyüşlər nəticəsində dağılmışdır. Şəhər üzərində nəzarəti tam ələ keçirən ermənilər qisas kimi “şəhərin bütün türk məhəlləsini yandırdılar”(səh.31) və müsəlman əhalisinə dəhşətli divan tutdular ki, bu da məşhur yazıçının qızını şoka salır.

O, ermənilərin qələbə qazanmasına rus ordusunun kömək etdiyini gizlətmir:" Türklər ermənilərin məskunlaşdığı yüksək dağda yerləşən Van qalasını mühasirəyə alırlar", - deyə o yazır. Lakin üsyançılar uzun müddət mühasirədə qalan qalanı saxlaya bilmirlər. Çünki, "ərzaq tükənmiş, barıt və mərmi ehtiyatı qurtarmışdı". Məhz belə bir kritik anda rus ordusu onların köməyinə gəlir. Bununla yanaşı, Van və ətraf ərazilərə nəzarət etmək çox çətin olur. Buna səbəb isə müharibə nəticəsində yayılmış  yatalaq epidemiyası və digər xəstəliklər olur. Müəllif təsvir edir ki, mühasirə zamanı ermənilər meyitləri çaylara atırdılar və nəticədə su o qədər yolxucu olurdu ki, ondan istifadə etmək mümkün olmurdu. Ermənilərə kömək edən rus tibb korpusunun və Amerika missionerlərinin bütün fəaliyyəti yatalağa, çiçəyə və digər təhlükəli infeksion xəstəliklərin epidemiyasını cilovlamaq cəhdindən ibarət idi.

Aleksandra Lvovna ermənilərin vəhşiliklərinə xüsusi diqqət yetirir. Ruslar şəhəri işğal etdikdə şəhərdə çoxlu xəstə müsəlman qalmışdı. Onların hamısını  bir neçə  məktəb binasında yerləşdirmişdilər. Əsir müsəlmanların saxlanma şəraitini Aleksandra belə təsvir edir:

"İki böyük məktəb binası. Tamamilə boş, böyük otaqlar. Otaqlarda  nə yataq, nə masa, nə də stul, heç nə yoxdur. Döşəmədə çirkli əsgilərə bürünmüş türklər: kişilər,qadınlar,qocalar,cavanlar,uşaqlar... Hamısı yan-yana. İnildəmələr,sayıqlamalar, uşaqların ağlaması. Bəzilərinin üzlərində şübhəli ləkələr görürəm. Bu nədi? Çiçəkmi?

Arıq, çirkli əllər bizə uzanır, qadınlar ağlayır və nə isə xahiş edirdilər, bizə dua edirdilər, türkcə izah etməyə çalışırdılar: Xanım, xanım!"(s. 32).

Mən bu bədbəxtlər arasında ağrıdan inildəyən bir qadını gördüm.”Qadının qolları qəribə şəkildə aşağı sallanmışdı..."(səh 33).

Cənab Yarrou mənim sualverici baxışlarımı görüb dedi:

- Onun qollarını sındırblar.

- Bunu kim edib? Niyə?

- Ermənilər…

- Ermənilər? Axı qadını niyə bu günə salıblar?-deyə mən təəccüblə soruşdum.- Mən qəzetlərdə oxumuşam ki, türklər ermənilərə qarşı vəhşiliklər edib,erməniləri öldürülər. Mən heç nə başa düşə bilmirəm...”

Bu fraqmentdən göründüyü kimi, A. Tolstoyun üzləşdiyi reallıqla Rusiya qəzetlərində dərc edilən məlumatlar fərqli olub. O dövrün rus mətbuatı türkləri günahsız erməni əhalisini təqib edən manyaklar obrazında qələmə vermişdi. Buna qədər Almaniya cəbhəsində olan və çox dəhşətli faktlara rast gələn Aleksandra Lvovna üçün ermənilərin vəhşilkləri heç bir ölçüyə sığmayan bir hadisə idi.

"Qəddarlıq hər iki tərəfdə var idi, amma burada, Vanda ermənilərin qeyri-insani qəddarlığını müşahidə etməli olduq. Deyirdilər ki, ermənilər qadınların döşlərini kəsir,qollarını,ayaqların sındırırdılar və mən bu qeyri-insani qəddarlığın qurbanlarını şəxsən gördüm".

O, həmçinin qeyd edirdi ki, əsirlikdə olan müsəlmanlar arasında ölüm halları bütün mümkün hədləri aşırdı. Yalnız bir neçə gün ərzində min nəfərdən  iki yüzü ölmüşdü. Yəni, bütün türklərin təxminən 20% - i bir həftədən az müddətdə dəhşətli antisanitariya nəticəsində, əsasən də yatalaq xəstəliyindən dünyasını dəyişmişdi. "Həkim yox idi. Yalnız bir rus hərbi həkimi vardı. Qalanları yatalağa tutulmuş, bəziləri isə ölmüşdü" (səh.34). Əgər həkimlər hələ də müşahidə edirdilərsə, türklər və kürdlər xüsusi qayğı olmadan ölürdülər. Yatalağın əsas daşıyıcıları paltar qırışlarında yerləşən və infrksiyanı çox asanlıqla yaya bilən bitlər idi.Yoluxmuş şəxslər digər xəstələrlə, o cümlədən xəstə olmayanlarla birlikdə saxlanılırdı. Beləliklə, türk xəstələrinin yerləşdiyi məktəblər bu infeksiyanın əsas daşıyıcıları olmuş və həkimlər vasitəsilə yerli qarnizon əsgərlərinə və qalanlara ötürülmüşdür.

Aleksandra Lvovna bu problemi həll etmək üçün xəstələri oradan çıxarmaq qərarına gəlir və onlara yaxınlarının nəzarəti altında kəndlərinə qayıtmaq imkanı verir. Hərbi rəhbərlik onun bu qərarını dəstəkləyir və hətta insanların daşınması üçün lazımi miqdarda vaqon və təchizat ayırır. Aleksandranın sözlərinə görə, onlar həkimlərin hec cür kömək edə bilmədiyi Van şəhərini  tərk edərkən özlərini xoşbəxt  sayırdılar:

“Oranı tərk edən qadınların sevincini görmək lazım idi. Onlar mənə türkcən nə isə deyir, bəziləri bilərziklərini və hansısa daşdan olann boyunbağlarını çıxarıb mənə verirdilər və mən çox çətinliklə onlardan imtina edirdim" (s.36).

Bundan sonra A. Tolstaya işlərini davam etdirmək üçün şəhəri tərk edir və Rusiyanın Avstriya - Macarıstan və Almaniya ilə döyüşdüyü qərb cəbhəsinə gedir. Aleksandra 1917-ci il inqilabını və ümumi dil tapa bilmədiyi bolşeviklərin hakimiyyətə gəlməsini məhz Qərb cəbhəsində olarkən izləmişdi. 1929-da, böyük rus yazıçısının qızı SSRİ-ni birdəfəlik tərk edir. O, əvvəlcə Yaponiyaya, sonra isə ABŞ-a köçür və burada kommunizm qaçqınlarına kömək etmək üçün bu günə qədər mövcud olan Tolstoy xeyriyyə fondu açır.

Aleksandra Lvovnanın Vanı və bu şəhərdə baş verən faciəli hadisələri xatırlaması onların düzgün başa düşülməsi üçün çox vacibdir. O, vicdanlı və prinsipial bir insan olaraq, erməni separatçılarının müttəfiqi olduğu ordu ilə birlikdə gəməsinə baxmayaraq, öz gözü ilə gördüyünü gizlətmədi, Onun şərhləri qurbanlar və cəlladlar haqqında yaranmış təsəvvürləri məhv edir, sadəcə onların öz yerlərini dəyişdirir və Justin Makkarti kimi tarixçilərin nəticələrini bir çox cəhətdən təsdiqləyir. Lakin bu xatirələrin əsas dəyəri heç də erməni təbliğatçılarının birtərəfli və qərəzli olmasını ifşa etməsində deyil. Onların əsas dəyəri ondan ibarətdir ki, müharibədə də insan kimi qalmaq olar və qadınlara, qocalara, uşaqlara işgəncə verən heyvana çevrilmək olmaz.

14/06/2021-TRTAJANS.RU

Tərcümə etdi: Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN