Rusiyanın Ukraynaya qarşı işğalçılıq niyyətli müharibəsi ölkəni indiyədək görünməmiş sanksiyalarla üz-üzə qoyub...
Artıq Rusiya iqtisadiyyatında tənəzzüllər başlayıb. Bir çox nüfuzlu oliqarxlar artıq ölkəni tərk etməkdədirlər... Belə ki, dünən Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti və şirkətin Direktorlar Şurasının üzvü olan Vahid Ələkbərov da postunu tərk edib. Tezadlar.az "Ria Novosti"yə istinadən bildirir ki, o, sensasion istefaya, nəhayət, belə aydınlıq gətirib: "Böyük Britaniya və Avstraliyanın sanksiyaları şirkətin işinə mane olur, bu da mənim bu postu tərk etməyimə səbəb oldu".
Bu istefa Rusiyanın siyasi elitasında da böyük şok effekti yaradıb. Çünki Vahid Ələkbərov Rusiya neftinin dünya bazarına çıxarılmasında böyük rol oynayırdı. O da var ki, Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. V.Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir. Onun da böyük yatırımlarının və mülklərinin sanksiyalara məruz qaldığı bildirilir və istefasının səbəblərindən biri də bunun olduğu söylənilir.
A.Məmmədli