İllər uzunu Ermənistan Almaniya, ABŞ və Kanada şirkətlərindən əldə etdiyi milyardlarla dollarlar müqabilində

Azərbaycanın ekologiyasına - Oxçuçaya sağalmaz zərbə vurub.

Çaya axıdılan ağır metallar, sənaye tullantıları insan orqanizmi, ətrafdakı  flora və fauna üçün olduqca təhlükəlidir.  Mütəxəssislərin sözlərinə görə, elə bunun nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometrlik hissəsində mikroflora və mikrofauna məhv edilib, Sərsəng su anbarında balıqların kütləvi qırğınına səbəb olub...

Bu barədə Ekologiya naziri müxtəlif beynəlxalq tədbirlərdəki çıxışları zamanı bəyan edir, həyəcan təbili çalır, beynəlxalq təşkilatlara müraciətlər ünvanlanır...

Bilirik ki, Ermənistan bizə qarşı düşmən mövqe sərgiləyən ölkədir. Məqsədi də aydındır -  Azərbaycanın ekologiyasını korlamaq, əhalinin sağlamlığına sağalmaz zərbə vurmaq, fauna və flora aləmini məhv etmək və s.

Bəli, illər uzunu Oxçuçay ox olub, girib ermənilərin gözünə!

Bəs biz özümüz ekologiyamıza dəyər veririkmi, əlimizdə olanı qoruyuruqmu?

Ötən gün ETSN-ə Sumqayıtçaya  toyuq cəsədləri töküldüyü barədə şikayət daxil olduqdan sonra araşdırma aparılıb və məlum olub ki, bu işin baiskarı yaxınlqdakı toyuq sexidir.

Və həmin toyuq sexinin sahibi bu əmələ görə 3500 manat məbləğində cərimələnib.

Bu quşların hansısa xəstəlikdən ölüb-ölməməsi və yaxud istifadə müddəti bitdiyi üçün atıldığı məlum deyil. Lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olan birinin hansısa heyvan cəsədlərini çaya, yaxud hansısa əraziyə atılmalı olmadığını anlamaması, onları quyu qazaraq basdırılmasını bilməməsi anlaşılmazdır. Bəzi insanlar niyə bu qədər ekologiyaya diqqətsizdir, Allahın bəxş etdiyi nemətləri qorumaq, gələcək nəsillərin sağlam şəkildə faydalanmasına  biganə və məsuliyyətsizdir?

Belələrinə, əsasən də bu cür vəzifəli şəxslərə qarşı cəzalar daha sərtləşdirilməlidir. Belə olmasa, çətin ki, bu düşüncəyə sahib olan insanlar hüquqi məsuliyyətlərini anlayalar.

Xatırladaq ki, uzunluğu 198 km, hövzəsinin sahəsi 1751 km² olan Sumqayıtçay başlanğıcını Gülümdostudağdan (2000 m) götürür.

Şamaxı və Xızı rayonlarının, həmçinin Sumqayıt şəhər inzibati ərazi vahidlərinin ərazisindən axaraq Xəzər dənizinə tökülür.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN