"Təzadlar"ın kollektivi Ramazan bayramı ərəfəsində "Azərsun-Holdinq"lə bağlı istaehlakçılara müraciət edib...

Qəzetin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzilinin oxuculara və istehlakçılara ünvanlı müraciətində deyilir:

-Çox dəyərli oxucularımız və istehlakçılar!

Bildiyiniz kimi, iki gün əvvəl "Azərsun-Holdinq"in Sumqayıtdakı Sənaye Parkında yerləşən böyük istehsal müəssisəsində yanğın baş verdi. Nəticədə şirkətə on milyon manatlarla ziyan dəydi. Hazırda Azərbaycanın hüquq mühafizə orqanlarının istintaqçıları fakt üzrə araşdırmalara başlayıb, yanğının səbəbləri öyrənilir.

Bildiyimiz kimi, "Azərsun-Holdinq" şirkəti ötən ilin 90-cı illərindən Azərbaycanda, əsasən də, qida sənayesi sahəsində istehsalla məşğuldur. Vaxtilə xaricdən bir çox qida məhsullarını, bu sırada şəkəri, çayı, duzu, un məhsullarını, konservləşdirilmiş ət və süd, meyvə-tərəvəz və s, məhsullarını... idxal edən Azərbaycan bu gün həmin məhsulların həm də ixracatçısıdır. Bütün bunlar məhz  "Azərsun-Holdinq"in sayəsində mümkün olmuşdur. Şurkətin heyvandarlıq, əkinçilik, bağçılıq, sənaye istehsalı və s. sahələrdəki uğurları da göz önündədir-hər gün bu təbii qida məhsullarının istehlakçısı kimi süfrələrimizdə bunların şahidiyik.

Son olaraq, bilirsiniz ki, "Azərsun-Holdinq" uzun illərdir "Qarabağ" futbol komandasının sponsorudur. Məhz şirkətin sponsorluğu-dəstəyi sayəsində Qarabağın adı "Qarabağ"ın sayəsində dünyaya tanıdılıb, reklam edilib. Bununla da dünya ictimaiyyəti "Qarabağ"ın  sərhəd tanımayan idmandakı uğurları sayəsində bir daha Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edib, erməni yalanlarından imtina edib.

 Dəyərli oxucularımız və istehlakçılar! Bu fərəhi və coşqunu bizlərə yaşadan şirkət adi bir yanğından bu qədər zərər gördü. "Azərsun- Holdinq" uzun illərdir Azərbaycanın qida sənayesində təbii məhsul istehsalı ilə vicdanlı yanaşmanı ortaya qoyub. Gəlin biz də vicdanımızın səsi ilə bundan sonra xarici ölkələrin mənşəyi bəlli olmayan məhsullarının deyil, "Azərsun-Holdinq"in təbii və yerli məhsullarının alıcısı olaq! Bu, az da olsa, hər gün süfrələrimizdə təbii məhsullarını gördüyümüz "Azərsun-Holdinq"ə bir dəstəyimiz olardı! 

Ramazan bayramının xoş ovqatı ilə, Tanrı köməyiniz olsun!

Təqdim etdi: JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN