Ukraynanın indiyədək ən təhlükəsiz bölgəsi sayılan və Polşaya ən yaxın şəhər Lvovda bu dəqiqələrdə partlayış səsləri eşidilib...
"Təzadlar"ın Lvovdan olan etibarlı mənbəyə istinadla verdiyi məlumata görə, raket zərbələri əsasən dəmiryolunu vurub. Görünür, məqsəd Avropa ölkələrindən Ukraynaya gətirilən hərbi yardımların qarşısını almaqdır...
***
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Lvovun raket atəşinə tutulmasınə Lvov meri Andriy Sadovıy da təsdiqləyib, şəhərdə partlayış səslərinin eşidildiyini bildirib. Mer Facebook-da bu barədə məlumat da paylaşıb. “Lvovda partlayış səsləri eşidilir. Hamı zirzəmilərdə gizlənsin!”
Xatırladaq ki, Rusiya Prezidenti V.Putin Ukraynaya hərbi yardım göndərən Avropa dövlətlərinə sanksiya tətbiqi barədə Fərman imzalayıb.
A.Məmmədli