İtaliya hakimiyyəti Marina di Karrara limanında sahibinin Rusiya prezidenti Vladimir Putin olduğu 140 metrlik “Şeherazade” superyaxtasını həbs edib.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb, "Forbes" jurnalı yazı dərc edib. Qeyd edilir ki, İtaliya maliyyə polisi tərəfindən aparılan araşdırma gəminin Avropa Birliyinin sanksiyalarına məruz qalan Rusiyanın yüksək rütbəli hökumət rəsmiləri və şəxsləri ilə "əhəmiyyətli iqtisadi və işgüzar əlaqələri" olduğunu aşkar edib. Maliyyə Təhlükəsizlik Komitəsinin təklifi ilə İqtisadiyyat və Maliyyə Naziri Daniele Franko Aİ-nin təklif etdiyi məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsini nəzərə alaraq uzun müddətdir hakimiyyət orqanları tərəfindən ciddi nəzarət altında olan” “Şeherazade” yaxtasının həbsinə göstəriş verib. İtaliya nazirliyinin məlumatına görə, yaxta sahiblərinin hərəkətləri “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirir və ya təhlükə yaradır”.
Beləliklə, müharibə davam etdikcə Rusiya oliqarx və siyasilərinin qalmaqallı daşınan və daşınmaz mülkləri, əmlakları üzə çıxmaqdadır.
A.Məmmədli