ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyanın Ukraynadakı müharibəsində iştirakına görə sanksiya tətbiq edilən fiziki şəxslərin və şirkətlərin yeni siyahısını dərc edib.
Tezadlar.az bildirir ki, bu barədə CNN məlumat dərc edib. Yeni siyahıya "Sberbank" rəhbərliyinin 8 nümayəndəsi daxildir: Natalya Alimova, Aleksandra Buriko, Olqa Qolodets, Stanislav Kuznetsov, Sergey Maltsev, Anatoli Popov, Kirill Tsarev, Bella Zlatkis.Eləcə də “Qazprom”dan siyahıya düşənlər arasında bir Azərbaycanlının da adı var: Andrey Akimov, Aleksey Belous, Yelena Borisenko, Denis Kamışev, İrina Kaplunnik, Viktor Komanov, Aleksey Matveyev, Aleksandr Muranov, Aleksey Popoviç, Nataliya Puzırnikova, İqor Rusanov, Vladimir Riskin, Aleksandr Sobolov, Aleksandr Stepan, Vladimir Vinokurov, İlya Eliseev, Dmitri Sauers, Vladimir Dmitriev, Anatoli Gavrilenko, Yuri Qazaryan, Mixail Roseev, Famil Sadıqov, Mixail Sereda, Yuri Şamalov, Vyaçeslav Tyurin və Aleksey Miller.
Andrey Akimov və Aleksey Miller artıq 6 aprel sanksiya siyahısında idilər və yenidən yeni siyahıya salınıblar.
Moskva Sənaye Bankı və onun 10 törəmə müəssisəsi də sanksiyalar altındadır: "Aqrosənaye Kompleksi Voronej" MMC, "Anninsky Elevator" MMC, "Auditconsult" MMC, "Belinveststroy" MMC, "Two Capitals" MMC, Kontrakt MMC, Ladoga MMC "Kimya İnkişafı və Konversiya Fondu" qeyri-kommersiya təşkilatı, həmçinin "Azov Taxıl Şirkəti" MMC və "Əməliyyat Şirkəti Mərkəzi" MMC. Silah istehsalı ilə məşğul olan “Promtexnologiya” MMC-yə, həmçinin 7 gəmiçilik şirkəti və dəniz yedək şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.
Bundan əlavə, Ağ Ev Nüvə Tənzimləmə Komissiyasının Rusiyaya xüsusi nüvə materiallarının ixracı üçün lisenziyaların verilməsini dayandıracağını açıqlayıb.
Sanksiyaya məruz qalan, birbaşa və ya dolayısı ilə dövlətin nəzarətində olan telekanallar da sanksiyalara məruz qalıb və onların arasında Rusiyanın Birinci Kanalı Səhmdar Cəmiyyəti, “Rossiya-1” televiziyası və NTV Yayım Şirkəti səhmdar cəmiyyəti var. Həmçinin, hüquqi xidmətlərin göstərilməsinə icazə verilsə də, amerikalılara ruslara mühasibat uçotu, etimad və korporasiya xidmətləri və idarəetmə konsaltinq xidmətləri göstərmək qadağan ediləcək.
Tezadlar.az xatırladır ki, G7 ölkələri dünən Rusiya neftinin alışından imtina barədə birgə qərar veriblər. Bu isə artıq Rusiya iqtisadiyyatı üçün ciddi problemdir.
A.Məmmədli