"Rusiya prezidenti Vladimir Putin müharibənin girovuna çevrilib - onun Ukrayna ilə müharibədən çıxış yolu yoxdur"

Tezadlar.az Reuters agentliyinə istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden  belə deyib. Bayden Putinin vəziyyətinin çox təhlükəli olduğunu qeyd edib və əlavə edib ki,  "İndi onun (Putinin) bu vəziyyətdən çıxış yolu yoxdur, o, çox narahatdır". Bayden Putinin nə edəcəyini anlamağa çalışdığını söyləyib.
Məlumatda o da qeyd edilir ki, sadəcə. Putin səhvən Ukraynaya müdaxilənin NATO ilə Aİ arasında parçalanmaya səbəb olacağını güman edirdi, lakin ABŞ və bir çox Avropa dövlətləri Ukraynanın köməyinə gəldilər. Bayden bir qədər əvvəl NATO-nun indiki birliyinin Putini şoka saldığını və onun Ukrayna ərazisini işğalçı ambisiyalarını həyata keçirə bilməyəcəyini bildirmişdi...

Rusiyanın son bir ay ərzində həyata keçirdiyi hərbi əməliyyatlardakı uğursuzluğu da göstərir ki, Rusiya ordusu artıq yorulub. Ölkənin sanksiyalara məruz qalması, xüsusən də G7-lik ölkələrinin Rusiya neftindən imtina etmə qərarı Rusiya üçün ciddi siqnaldır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN