Noyabrın 15-nə keçən gecə Sankt-Peterburqda küçədə kişi 22 yaşlı gənci döş qəfəsindən bıçaqlayıb.
Tezadlar.az bildirir ki, bu barədə REN TV-dəki mənbə məlumat verib.
"Zərərçəkmiş ağır vəziyyətdə Mariinski xəstəxanasına yerləşdirilib", - kanalın həmsöhbəti bildirib.
Bıçaqlı hücumda şübhəli bilinən 42 yaşlı Çuvaşiya sakinidir. O, artıq saxlanılıb. Cinayət işinin başlanması məsələsi həll edilir.
Məlum olub ki, həmin şəxs əvvəllər “Oğurluq”, “Uşaqların və ya əlil valideynlərinin saxlanması üçün nəzərdə tutulmuş vəsaiti ödəməmə”, “Evə qanunsuz daxil olma” və “Qəsdən sağlamlığa az ağır zərər vurma” maddələri ilə məhkum olunub.
E.ŞİRİNOV