Rusiya Ukraynadakı müharibənin ilk üç ayında nə qazanıb?

İngiltərə kəşfiyyatı məlumat yayıb ki, Rusiyadan bu müharibədə ölənlərin sayı, ehtimal ki, Əfqanıstanda doqquz illik müharibə zamanı Sovet İttifaqının ölənlərinin sayı ilə eynidir. Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin dərc etdiyi müharibə haqqında Britaniya kəşfiyyatının gündəlik icmalında deyilir. Məhdud hava örtüyü ilə zəif aşağı səviyyəli taktikaların birləşməsi, çevikliyin olmaması və uğursuzluqları birləşdirməyə və səhvləri təkrarlamağa hazır olan komanda yanaşması Donbassdakı hücum zamanı artmaqda davam edən itkilərini yüksək səviyyəsinə gətirib çıxardı. Kəşfiyyat qeyd edir: "Rusiya ictimaiyyəti keçmişdə seçim müharibələri zamanı baş verən itkilərə həssas yanaşırdı. Ona görə də Ukraynada qurbanların sayı artdıqca, itkilər daha qabarıq görünəcək, ictimaiyyətin müharibədən narazılığı və onu dilə gətirmək istəyi arta bilər".

 Avropa Birliyinin baş diplomatı Josep Borrell də daha əvvəl demişdi ki, rəqəmlər və xəbərlər doğru olarsa, Rusiya qoşunları işğalçı ordu itkiləri üzrə dünya rekordu vura bilər.

Türkiyənin TRT-Xəbər TV-si isə dünənki həftəlik icmalında Rusiyanın Ukraynada hansı itkilərə məruz qaldığını əldə edilmiş video-görüntülərlə təqdim etdi. Dronlarla çəkilmiş kadrlardan da görünür ki, rus hərbçiləri üzbəüz döyüşdən çəkinir deyə, Ukrayna ərazilərinə raket zərbələri endirir. Lakin Ukrayna PUA-ları isə rus hədəflərini darmadağın edir... Moskvada isə gənclərin müharibə əleyhinə kütləvi etirazları davam edir. Ukrayna Müdafiə Nazirliyinin və Fransa, Böyük Britaniya kəşfiyyatının məlumatlarına görə, Rusiya indiyədək təkcə 30 minədək hərbçi itirib...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN